Ölkə futbolu

“Sumqayıt” “Rəvan”la bərabərə qaldı

Topaz Premyer Liqanın üçüncü dövrəsinə hazırlaşan “Sumqayıt” klubu ilk yoxlama oyununu keçirib.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda doğma meydanda “Rəvan”la qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, “Sumqayıt” klubu növbəti yoxlama oyununu yanvarın 15-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43