Kateqoriyasız

“Səbail”dən ayrılan Essyenin yeni klubu məlum oldu

“Səbail”dən ayrılan Maykl Essyenin yeni klubu müəyyənləşib.

Qanalı yarımmüdafiəçi Danimarkanın “Norşellan” klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq. 37 yaşlı futbolçunun oynayan-məşqçi olacağı açıqlanıb.

Essyenlə 1 illik müqavilə imzalanıb. Ulduz futbolçu “Bastiya”, “Lion”, “Çelsi”, “Real”, “Milan”, “Panatinaikos” kimi klublarda çıxış edib. O, 2019-cu ilin yanvarından 2020-ci ilin mayına qədər “Səbail”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43