“Səbail”in futbolçusu Eriko Da Silva uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 1-ci turunda “Zirə”yə qarşı oyunda (1:0) zədələnən braziliyalı yarımmüdafiəçinin 3 aydan 5 ayadək oynamayacağı bildirilib.
Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətinə qatıb.