Ölkə futbolu

“Səbail”lə matç öncəsi bölgə klubunda ciddi itki

Premyer Liqanın 30-cu turu çərçivəsində “Kəpəz” səfərdə “Səbail”in qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu bu oyuna ciddi itki ilə çıxacaq. Belə ki, Junior Martins “Araz Naxçıvan”la matçda sarı kart alaraq cəzalı duruma düşüb. O, bu baxımdan “Səbail”lə səfər matçında komandasına kömqk edə bilməyəcək.

Qeyd edək ki, “Səbail” – “Kəpəz” matçı aprelin 14-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43