20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” onlara bileti pulsuz verəcək

15 sentyabr – Bilik Günüdür.

İdmanxeber.az xəbər verir ki, bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək. Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb. Pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Turan Tovuz” oyunu saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43