Premyer Liqanın 28-ci turu çərçivəsində “Qəbələ”ni qonaq edəcək “Sabah” bu matça ciddi itki ilə çıxacaq.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, komandanın heyətində Anatoli Nuriyev cəzalı durumdadı. “Zirə” ilə səfər matçında sarı kart alan futbolçu limiti doldurub və “Qəbələ” ilə oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, aprelin 2-də keçiriləcək “Sabah” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.