Kateqoriyasız

Azərbaycanlı məşqçilər UEFA-nın tədbirində – FOTO

UEFA-nın mənzil qərargahında Pro kursu tələbələrinin bilik və təcrübə mübadiləsi tədbiri keçirilib.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, instruktorlar Aslan Kərimov və Arif Əsədovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

İslandiyadan, Danimarkadan, Çexiyadan və UEFA-nın Pro kursunun son iştirakçıları ilə yanaşı ayrı-ayrı ölkələrdən qadın tələbələrin də iştirak etdiyi tədbir 3 gün davam edib.Tədbirdə UEFA-nın xüsusi qonaqları Rafael Benites ve Covanni van Bronxorst da istirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43