Bakıda təlim-məşq toplanışını davam etdirən “Sabah” ilk yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi “Kapital Bank Arena”da “Sumqayıt”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
“Sabah” iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək. Komanda iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.
Yoxlama oyunu
9 iyul
“Sumqayıt” – “Sabah” – 2:1