Kateqoriyasız

Çestekova təmsilçisi “Qarabağ”a “Lex”lə bağlı demək istədi ki… (VİDEO)

Polşa superkubokunun qalibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Lex”lə Polşa kubokunun qalibi olan “Rakuv” üz-üzə gəlib.

Çestekova təmsilçisi bu oyunda 2 cavabsız qolla qalib gələrək superkubok zəfərinin sevincini yaşayıb. “Lex” 43 və 51-ci dəqiqələrdə buraxdığı qollarla məyus olub.

“Lex” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında Polşada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43