Kateqoriyasız

“Sabah” “Sumqayıt”a uduzdu

Bakıda təlim-məşq toplanışını davam etdirən “Sabah” ilk yoxlama oyununu  keçirib.

İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi “Kapital Bank Arena”da “Sumqayıt”la qarşılaşıb və 1:2 hesabı ilə  uduzub.

“Sabah” iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək. Komanda iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Yoxlama oyunu

9 iyul

“Sumqayıt” – “Sabah” – 2:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43