“Sabah” heyətini iki yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi gənc oyunçular Anar Panayev və Abbas Ağazadəni transfer edib. Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.
A.Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Anar Panayev də yarımmüdafiəçidir. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.