Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah”ın Bakı toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər bəlli olub.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyulun 9-da “Sumqayıt”la, iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək.
“Sumqayıt”la matç “Kapital Bank Arena”da, “Səbail”lə oyun isə “Bank Respublika Arena”da olacaq.
Qeyd edək ki, “Sabah” iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.