“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov paytaxt klubunun baş məşqçisi Samir Əliyevin postunda qalmaq ehtimalından danışıb.
İdmanxeber.com-un məlumatına görə, Sadıqov belə deyib:
“Samir Əliyev gənc mütəxəssisdir. Fikrimcə, onu dəstəkləmək lazımdır. O, komandanı toparlaya bilər. Hesab edirəm ki, Samir Əliyev ikinci Qurban Qurbanov olacaq”.