Kateqoriyasız

“Bakı”nın Premyer Liqaya qayıtmasından söhbət gedə bilməz”

“Bakı”nın yeni mövsümdən Premyer Liqaya qayıtmasından söhbət gedə bilməz”.

İdmanxeber.com-un məılumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı daha sonra sözlərinə belə dvaam edib:

“Komanda birinci divizionda oynayacaq. Çünki son mövsümü axırıncı yerdə bitirib. Amma təbii ki, birinci divizionun qalibi olacağı halda yenidən elitada çıxış edə bilər. “İnter”lə “Simurq”a gəlincə, onlar Premyer Liqada çıxışlarını davam etdirəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43