21 Dekabr 2024
Ölkə futbolu

Şahin Diniyev: “Bizdə bu gün hər şey uğurlu alınmadı”

“Əfsuslar olsun ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağı demir. İddialı komandalardan biri olacağıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 1-ci turunun “Zirə” ilə görüşündən (1:4) sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Birinci hissədən sonra istədiyimi ala bildimsə.. İkinci hissə uduzmadıq. Onu ala bildiksə, çox yaxındadır. Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Bu gün şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərdik. Yeri gəlmişkən, “Zirə”ni təbrik edirəm. Bugünkü qələbə və avrokuboklarda mərhələ keçdiklərinə görə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43