Ölkə futbolu

Şahin Diniyev: “Futbolçularım “Qarabağ”dan çəkindilər“

“Amerika kəşf etmək istəmirəm. “Qarabağ” Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən “Qarabağ”a problemlər yaratmaq istədik. Qol da vurduq. Sadəcə, futbolçularım “Qarabağ”dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə “va bank”a getdik. “Qarabağ” səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. “Qarabağ”ı həm çempionluq, həm də beynəlxalq arenada göstərdiyi nəticələrə görə təbrik edirəm. 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qarabağ” – “Səbail” (4:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında qonaqların baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qapılarına təyin olunan penaltinin düzgün olmadığını düşünür:

“Orada heç kontakt yox idi. Oyunçu sürüşə-sürüşə rəqibin ayağına dəydi. Bəli, qırılma nöqtəsi idi. Qoldan sonra sistemi dəyişdik, dördlü müdafiəyə keçdik. Qol vəziyyətlərimiz oldu. 2-ci qolu vursaydıq, hesabı qorumağa gücümüz çatacaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43