Ölkə futbolu

Şahin Diniyev “siftə”ni korlamadı

“Rəvan” yığma komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında fasilə yaranmasından istifadə edərək yoxlama oyunu keçirib. “Rəvan”ın əsas komandası əvəzedicilərlə üz-üzə gəlib. Oyun əsas komandanın 6:1 hesablı qələbəsiylə başa çatıb. Əsas komandanın heyətində Xuan Manuel Varea (2), Rəşad Abdullayev, Ramazan Abbasov, Elnur Abdulov və Ceyhun Cavadov, əvəzedicilərdə isə Rüfət Cəlilov fərqlənib. Bu, Şahin Diniyevin “Rəvan”ın baş məşqçisi kimi ilk oyunu idi. Onun ilk rəsmi oyunu isə oktyabrın 19-da Premyer Liqanın 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43