08 Sentyabr 2024
Ölkə futbolu

Şahin Diniyevin “Rəvan”da ilk məşqində nələr oldu?

“Rəvan” bu gün yenidən məşqləri bərpa edib.

Klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, Topaz Premyer Liqasının 9-cu turunda “Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib.

“Dalğa Arena”da keçirilən məşq həm də komandanın yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçdiyi ilk hazırlıq olub. Məşqdən əvvəl isə yeni baş məşqçi komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak etdiyi tədbirdə Diniyev futbolçulara öz oyun konsepsiyasını izah edib və onlarla səmimi söhbət edib.

Məşq isə təxminən 1 saat davam edib. Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqram əsasında çalışıbsa, qalan bütün futbolçular komanda şəklində hazırlaşıb. Yalnız zədə üzündən ili başa vuran Tofiq Mikayılovla Tacikistan yığmasının düşərgəsində olan Sohib Savankulov Diniyevin ilk məşqinə qatılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43