“Liverpul”un ulduz futbolçusu Salah zədəli olduğu üçün Misir millisinə kömək edə bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, zədəli halda millinin düşərgəsinə gedən hücumçunun Misir yığmasına kömək edə bilməyəcəyini müəyyənləşdirən həkimlər onun İngiltərəyə qayıtmasını məqsədəuyğun hesab ediblər.
Qeyd edək ki, Salah “Mançester Siti” ilə oyunda zədələnib. Onun nə zaman məşqlərə başlayacağı haqda məlumat verilmir.