“Şamaxı” açıqlama yayıb.
İdmanxeber.az xəbər verir ki, klubun yaydığı açıqlamada əsas komandanın məşqçi və futbolçu heyətinin formalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirildiyi bildirilib.
Məlumata görə, artıq Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilmişdir.
Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klubun baş meneceri vəzifəsi Kamran İsmayılova həvalə olunub.