21 Fevral 2025
Ölkə futbolu

“Şamaxı” hücumçusu ilə yollarını ayırdı

“Şamaxı” hücumçusu Belajdi Pusi ilə yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun Rusiya Premyer Liqasıda çıxış edən “Fakel”lə (Voronej) razılıq əldə etdiyi və hazırda yeni klubunun düşərgəsində olduğu bildirilib. Albaniyalı hücumçu tibbi baxışdan keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, mövsümün əvvəlində “Şamaxı”ya qoşulan 27 yaşlı hücumçu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43