“Barselona” hücumçusu Robert Levandovski ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı polşalı ulduzun müqaviləsinin uzadılması gündəmdədir. Klub, təcrübəli forvardın performansından razıdır və onunla yollarını ayırmaq istəmir.
Levandovski Kataloniya klubunda meydana çıxdığı 129 oyunda 91 qol vurub, 20 assist edib.

