22 Dekabr 2024
Ölkə futbolu

“Şamaxı” “Sabah”ı, “Qarabağ” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, XVIII tura iki qarşılaşma ilə yekun vurulacaq.

İlk olaraq “Şamaxı” “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi 14 xalla 8-ci, qonaqlar 26 xalla 5-ci pillədə qərarlaşıb.

Tura “Qarabağ” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Lider “Qarabağ”ın 44, ikinci sıradakı Naxçıvan klubunun 39 xalı var.

Misli Premyer Liqası
II dövrə, XVIII tur
22 dekabr
14:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu

16:30. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43