Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi” öz meydanında “Zirə”bu məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”min baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Oyunu udmaq üçün, hücumu gücləndirmək üçün Mirabdulla Abbasovu oyuna buraxdıq. Bu gün komandam pis oynamadı. Əsas olan oyunda sürət var idi. “Sumqayıt”la oyundan fərqli, bugünkü oyunda komandadan razı qaldım.
Emin Mahmudov bizim dəyərli oyunçumuzdu. Əsas olan o, düşüş yaşamasın”.