08 Sentyabr 2024
Ölkə futbolu

Samir ümidlidi: “Onlardan gələcək müsbət cavabı gözləyirəm”

“Neftaçala”dan ayrılmışam. Buradan ayrılmaq öz istyim idi. Getmək vaxt idi. Açığı bu kluba gələndə nə vaxtsa buradan gedəcəyimi bilirdim. Bu yaşda və bu gücdə yüksək liqada oynamaq lazımdı”.

Bu sözləri idmanxeber.com-a Azərbaycan birinci divizionunda mübarizə aparan “Neftçala”nın futbolçusu Samir Abdulov deyib. 

“Sumqayıt”, “Simurq”, “Karvan”, AZAL kimi klublarda çıxış edən və “Neftçala”dan ayrılan futbolçu əsas məqsədinin yenidən Premyer Liqa klublarının birinin şərəfini qorumaq olduğunu bildirib:

“Bura gəldiyim ilk ili yüksək liqaya çıxacağımıza ümid edirdim. Ancaq bu ümidlərim püç oldu. Hal-hazırda da turnir cədvəlindəki vəziyyətimizə baxdıqda artıq Premyer Liqaya yüksəlmək şansımızın az olduğunu gördüm. Ona görə də, klubdan ayrılmaq qərarına gəldim. Premyer Liqanın bir klubu ilə danışıq aparıram. Ad açıqlamayacam. Çünki hələ heç nə məlum deyil. Onlardan gələn müsbət cavabı gözləyirəm”.

Abdulov sonda “Neftçala” klubunun rəhbərliyini də unutmayıb:

“Neftçala” rəhbərliyinə minnətdarlığımı bildirirəm. Haqqlarını halal etsinlər. Bu klubda olduğum müddətdə mənə qardaşlıq etdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43