“Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdir. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç klubun rəsmi saytına verdiyi açıqlamada deyib:
“Aqilə və Maksimə böyük hörmətim var. Rəqabətin olması normaldır. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır.”