Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu yenidən özünə komanda tapıb.
İdmanxeber.com-un məlumatına görə, o bundan sonra Premyer Liqada mübarizə aparan “Rəvan”da çıxış edəcək.
Müdafiəçi mövsümün sonunadək paytaxt klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Yunisoğlu ötən mövsümün əvvəlində elitada çıxış edən “Araz Naxçıvan”ın şərəfini qoruyurdu və iki ilə yaxındır ki, futboldan uzaq düşüb.