Azərbaycan Premyer Liqasının 11-ci turunun təqvimində dəyişiklik edilib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, noyabrın 1-i Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların vaxtı dəyişdirilib.
11-ci turun matçları əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 1-2-i deyil, oktyabrın 31-i keçiriləcək.