27 Dekabr 2024
Ölkə futbolu

“Şəfa”dakı qalmaqalın TƏFƏRRÜATLARI: Nikolov piyan imiş

"Neftçi"nin "İnter"lə səfər matçından sonra paltardəyişmə otağının qarşısında hər iki tərəfin futbolçuları arasında qalmaqalın baş verdiyi haqda məlumat vermişdik. 

İdmanxeber.comun məlumatına görə, paltardəyişmə otağına gedən tuneldə baş verən insidentə səbəb "bankirlər"in mühafizəçiləri və klubun prezidenti Georgi Nikolov olub. Sən demə, Nikolov piyan imiş və nə etdiyini belə bilmirmiş. 

Əsasnamədə göstərilib ki, klubların mühafizəçiləri soyunub-geyinmə otağına daxil ola bilməz və gərə bu qaydaya riayət etməyən komandaya texniki məğlubiyyət verilə bilər. 

Artıq "Neftçi" tərəfi baş verən bu olaylarla bağlı AFFA nümayəndəsi Qürbət Həsənova şikayətini bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43