22 Dekabr 2024
Kateqoriyasız

Səhvini etiraf edən hakim göz yaşları ilə istefa verdi – VİDEO

Türkiyə Superliqasının 6-cı turunda keçirilən “Kasımpaşa” – “Rizəspor” (1:1) qarşılaşmasından sonra canlı efirə çıxıb, səhv penalti qərarı verdiyini bildirən baş hakim Dəniz Çoban mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, 38 yaşlı referi həmin toplantıda vəzifəsindən ayrıldığını açıqlayıb.

Mətbuat konfransında göz yaşlarını saxlaya bilməyən ədalət təmsilçisi səhvini etiraf etdiyi üçün peşman olmadığını və bu qərarı özünün qəbul etdiyini bildirib. Çoban həmçinin istefa qərarının əvvəlcədən planlaşdırılmış bir addım olmadığını da vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43