“Sumqayıt” klubu növbəti transferini həyata keçirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda yığmamızın üzvü Səlahət Ağayevlə güclənib.
25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Adıçəkilən qolkiper komandada 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib.