Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Topaz Premyer Liqasında 100-cü oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, 3 ildən sonra yenidən “Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı XIX turun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib.
Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub. Premyer Liqada 2010/11 mövsümündən çıxış edən Ağayev “100”ə 3 komandanın heyətində çatıb. Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi “Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox “İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb. (PFL.az)