Kateqoriyasız

“Sent Etyen”in baş məşqçisi: “Əgər belə olmasaydı…”

“Qarabağ”ın rəqibi olan “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye Fransa mətbuatına danışıb.

İdmanxeber.com-un məlumatına görə, Qaltye bu fikirləri səsləndirib:

“Bizim qrup mərhələsindən çıxmaq üçün yaxşı şansımız var. Əgər belə olmasaydı, azarkeşlərimizə bildirərdim ki, oyunumuza bilet almasınlar. Azarkeşlərin bizi dəstəkləyəcəyinə inanıram. Çünki “Karabükspor”la oyunda onlar  baxımlı oyunumuzun şahidi oldular.  Futbolçularıma güvənirəm.  Avropa Liqasında mümkün qədər irəliləmək istəyirik. Avropa Liqası da bizim üçün Çempionlar Liqası kimidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43