Ölkə futbolu

AFFA Lənkəranda seminar keçirəcək

Sentyabrın 13-də Lənkəran şəhərində Hakim-İnspektorlar Komitəsinin əməkdaşları Qürbət Həsənov və Şahin Cəfərovun rəhbərliyi ilə aşağı yaş qruplarınadan ibarət liqalarda keçirilən oyunlara təyinat alan hakim-inspektorlar üçün seminar-məşğələ keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, seminar-məşğələdə Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Beyləqan və Salyanı təmsil edən 15 hakim-inspektor iştirak edəcək. (AFFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43