21 Dekabr 2024
Kateqoriyasız

“Sent Etyen”in baş məşqçisindən azərbaycanlı futbolçuya qarşı tərbiyəsizlik

“Sent-Etyen” – “Qarabağ” matçında xoşagəlməz hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, Fransa klubunun baş məşqçisi Kristof Qaltye matçın ikinci hissəsində yerdə qalan “Qarabağ”ın hücumçusu Vüqar Nadirova tüpürüb.

Ağdam klubunun forvardı mütəxəssisə etirazını bildirib. 

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunda “Qarabağ”ın yeganə qolunu məhz Vüqar Nadirov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43