Premyer Liqa

Sergey Zenyov milli komandadan ayrıldı

“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisinin düşərgəsindən ayrılıb. 

İdmanxeber.com-un məlumatına görə, buna səbəb hücumçunun zədələnməsidir.

Yığmanın heyətindən kənarlaşdırılan Zenyov, DÇ-2018 seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyununu buraxmalı olacaq.
 
Qeyd edək ki, Belçika – Estoniya oyunu noyabrın 13-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43