Dünyadan

“Pula görə Barselonaya getməyəcəm”

Arsenalın baş məşqçisi Arsen Vengerin sonuncu kəşflərindən olan Aleks İvobi komandada uzun illər qalmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, son həftələrdə əsas heyətdə oynamağa başlayan İvobi keçən mövsüm forma geydiyi 21 matçda cəmi 2 dəfə fərqlənməyi bacarmışdı. Bu mövsüm isə indidən 14 matça çıxan İvobi, 6 yaşında ikən “Arsenal” akademiyasına qatılıb. 2020-ci ilə qədər London təmsilçisi ilə müqaviləsi olan Aleks açıqlamaları zamanı “Barça”ya getmək istəmədiyini dilə gətirib.

Eyni zamanda atası olan futbolçunun meneceri bildirib ki, “topçular”da uzun müddət forma geyməsi onun karyerasının daha mükəmməl keçməsinə təsir edəcək. “Barselona”nın fantastik rəqəmlə gəlməsi halında belə İvobinin “Arsenal”da qalacağını qeyd edən menecer, onun İngiltərədə daha yaxşı səviyyəyə qalxa biləcəyini söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43