Bastian Şvaynştaygerin həyat yoldaşı Ana Ivanoviçin bir çox pərəstişkarı var, amma ən böyüyü Donald Trampdır.
İdmanxeber.com-un məlumatına görə, ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın iki il əvvəlki düşüncələri, Bastian Şvaynştaygerin başını ağrıdacağa bənzəyir.
Serb siyasətçi İvitsa Daçiç isə Donald Tramp ilə bir yeməkdə görüşdüklərində, ABŞ-ın yeni prezidentinin bir müddət əvvəl özünə Ana İvanoviçi 15 dəqiqə boyunca izah etdiyini və ‘Dünyanın ən gözəl qadını’ olduğunu ifadə etdiyini bildirmişdi.
2014-ci ildə İvanoviç, ABŞ ziyarəti əsnasında Donald Tramp ilə görüşmüş və bunu da Twitter hesabından izləyiciləri ilə bölüşmüşdü.