2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə,, sözügedən klub son mövsümü “Keşlə”də keçirmiş Sertan Taşqınla anlaşıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt”da 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). Sertan həmçinin U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.