İspaniya La Liqasının 14-cü turu çərçivəsində səfərdə “Valyadolid”ə qalib gələn “Sevilya” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, ötəngünkü oyunda komandanın kapitanı Xesus Navas sıradan çıxıb.
O, 89-cu dəqiqədə ayaq əzələsində ağrılar hiss edib və əvəzlənməsini istəyib.
İspaniyalı futbolçunun “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.