Dünya futbolu

Şimali İrlandiya millisinin hücumçusu zədələndi

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Şimali İrlandiyanın heyətində itki baş verib.

İdmanxeber.com-un məlumatına görə, rəqibimizin hücumçusu Liam Boys sıradan çıxıb. 26 yaşlı forvard Yeni Zellandiya ilə keçirilən hazırlıq matçında (1 – 0) zədələnib. Həkimlər onu millimizlə oyuna kimi hazır etməyə çalışır

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya qarşılaşması 10 iyun tarixndə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43