Topaz Premyer Liqasının XIV turunda keçiriləcək “Simurq” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.
İdmanxeber.com-un məlumatına görə, matç noyabrın 29-da deyil, noyabrın 30-da reallaşacaq. Dəyişikliyə səbəb “Qarabağ”ın noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində səfərdə “Sent Etyen”lə görüşməsidir.