Ölkə futbolu

“Simurq” “Xəzər Lənkəran”la oyunun hazırlığına başladı

Simurq”un futbolçularına verilmiş istirahət başa çatıb. AZAL-la görüşdən sonra yetirmələrini qısa müddətli məzuniyyətə buraxan Georgi Çixradze bu gün komandanı yenidən bir araya gətirib.

Qeyd edək ki, “Simurq” Premyer Liqada yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirəcək. “Sumqayıt”la qarşılaşma oktyabrın 12-də baş tutacaq və saat 16.00-da başlayacaq. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43