Ölkə futbolu

Millimizin futbolçuları prezident seçkilərində

2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq.

Qeyd olunmuş oyunlara hazırlıq məqsədilə yığmamız oktyabrın 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışındadır.

Bu üzdən onlar qeydiyyatda olduqları dairənin müvafiq məntəqəsində səsvermədə iştirak edə bilməyəcək. Bununla əlaqədar, AFFA rəhbərliyi Mərkəzi Seçki Komissiyasına müraciət edib və bu, müsbət cavablandırılıb.

Belə ki, milli komandanın üzvləri sabah Prezident Seçkisində səs verə biləcək. Onların səs verəcəkləri məntəqənin adı da məlumdur. Futbolçularımız Xətai rayonu 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birlikdə səs verəcək.

affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43