“Simurq”un məşqçilər korpusuna daha bir gənc mütəxəssis qoşulub.
Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, ötən mövsüm “Kəpəz” klubunda baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirən Mehman Hacıyev bundan sonra karyerasını “Simurq”da davam etdirəcək. Seleksioner-məşqçi kimi çalışacaq mütəxəssis artıq komanda ilə bir illik rəsmi müqavilə bağlayıb.
Mehman Hacıyevin Zaqatala təmsilçisindəki fəaliyyəti “Simurq”un müxtəlif yaş qruplarına istedadlı gənclərin axtarıb tapılması və komandaya cəlb edilməsi olacaq.
Qeyd edək ki, Mehman ötən mövsüm “Kəpəz”də əvəzedici heyətin baş məşqçisi, daha sonra isə əsas komandada köməkçi məşqçi kimi işləyib