“Simurq”un daha bir futbolçusu U-21 millimizə dəvət edilib.
Gənc qapıçı Rəşad Əzizli ötən gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının düşərgəsinə qoşulub.
Qolkiper sentyabrın 2-dən 4-dək Bakı şəhərində və 9-dək İsraildə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, Rəşad Əzizlidən başqa U-21-ə “Simurq”un heyətindən Rəşad Eyyubov da dəvət edilib. Onlar Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrailin U-21 milli yığma komandası ilə beynəlxalq oyundada çıxış edə bilərlər.