Antalyada təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubunun düşərgəsinə yeni futbolçu gəlib.
Tam adı Dominik Çatto Bəşir Jamilu olan futbolçu Çixradzenin “hə”sini almağa çalışır. 28 yaşlı nigeriyalı futbolçunun son iş yeri İsveçin “Hakken” klubu olub.
Yarımmüdafiəçinin taleyinə qarşıdakı sınaq matçlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, Domenik Çatto karyerası ərzində ölkəsinin “Heartland”, “Şeraton”, “Rasine”, Finlandiyada “İnter Türkü” klublarında da çıxış edib.