Avstriyada təlim-məşq toplanışında olan “Simurq” klubu bu gün növbəti yoxlama matçına çıxmalı idi.
İdmanxeber.com-un məlumatına görə, Zaqatala təmsilçisi İngiltərənin “Fulhem” klubu ilə qarşılaşacaqdı ki, bu görüş baş tutmayıb.
Buna əlverişsiz hava şəraitinin səbəb olduğunu bildirilir.
Qeyd edək ki, Avstriyadakı ilk sınaq matçında “Makkabi”yə (Hayfa, İsrail) 0:2 hesabı ilə uduzan “sarı qaralar” Albaniyanın “Teuta” klubu ilə bərabərə qalmışdı – 0:0. George Çixradzenin komandası son oyunda “Amkar”a 1:4 hesabı ilə məğlub olmuşdu.