Zaqatalanın “Simurq” klubu “Xəzər Lənkəran”la oyunlardakı uğursuz seriyaya son qoyub.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumatna görə, George Çixradzenin yetirmələri Topaz Premyer Liqasının 3-cü turunda rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu, “Simurq”un Lənkəran təmsilçisi ilə ev oyunlarında ilk qələbəsi olub. İlk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”ı qəbul edən zaqatalalılar 9 ev oyununda qələbə qazana bilməmişdi. Onuncu cəhdi uğurlu olan “Simurq” öz meydanında keçirdiyi əvvəlki 9 dueldən 5-də heç-heçə etmiş, 4 dəfə uduzmuşdu.