Türkiyə millisi və “Beşiktaş” klubunun futbolçusu Gökhan Töre silahlı hücuma məruz qalıb.
İdmanxeber.com-un məlumatına görə, “qara qartal”ın üzvü “Fənərbağça” ilə derbi oyunundan sonra getdiyi məkanların birində silahlı toqquşma nəticəsində kürəyindən vurulub. Onunla yanaşı, daha 5 nəfər yaralanıb.
Hazırda Törə xəstəxanadadı və həyati təhlükəsi yoxdu.
Məlumatı klubun rəsmi saytı yayıb.